Hindistan nüvə yükü daşıya bilən "Aqni-4" ballistik raketini sınaqdan keçirib - Açıqlama

img

23-12-2018 [15:11]


 Hindistan bazar günü nüvə yükü daşıya bilən "Aqni-4" ballistik raketini sınaqdan keçirib.

Bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İşləmələri Təşkilatının (DRDO) məlumatında deyilir.

Bildirilir ki, sınaq səhər tezdən Oriss ştatının şərq sahilində, Benqal körfəzində yerləşən adadakı Əbdül Kəlam poliqonunda baş tutub. Bu sınaq sayca 7-ci olub.

"Bu yeni raketdə etibarlılıq və dəqiqlik səviyyəsini təmin edən müasir və kompakt radioelektron avadanlıq quraşdırılıb", - deyə məlumatda qeyd olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA