"Sarı jiletlilər" indi də Brüsseldə etiraz aksiyası keçirir - Polislə toqquşma

img

22-12-2018 [17:58]


 "Sarı jiletlilər"in kiçik bir qrupu Brüsselin şimalında etiraz aksiyası keçirir. 

"Report" bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, heç bir hadisə qeydə alınmayıb, şəhərin mərkəzinə polis cəlb olunub. 

Təqribən, 50 nəfərdən ibarət qrup səhər saatlarında Sharbek şimal məhəlləsində toplanaraq sonra polisin müşayiəti ilə şəhərin mərkəzinə doğru yola düşüb. Etirazçılar vətəndaş təşəbbüsü referendumunu keçirmək tələbini əks etdirən vərəqələr paylayırlar.

Bir qədər əvvəl Brüsseldə polislə qarşıdurma ilə nəticələnən "sarı jiletlilər"in iki aksiyası keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA