Trampdan Suriyadan geri çəkilmələri haqda bəyanat: "Bu mübarizəni ilk növbədə Rusiya, İran və Suriya aparmalıdır"

img

20-12-2018 [18:42]


"İŞİD qruplaşması ilə mübarizəni ilk növbədə Rusiya, İran və Suriya aparmalıdır, çünki onlar öz coğrafi mövqelərinə görə regiona daha yaxındırlar".

Mia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün Twitter səhifəsində yazıb: "ABŞ qoşunlarının Suriyadan çəkilməsi sürpriz deyil. Mən bir neçə ildir bu istiqamətdə kampaniya aparmışam və altı ay əvvəl bu addımı atmaq istədiyimi bildirmişəm”.

Xatırladaq ki, dekabrın 19-da Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. Bununla da 60-100 gün ərzində ABŞ-ın bütün hərbi qüvvələri Suriyanı tərk edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA