"Rusiya ilə Türkiyənin maraqları üst-üstə düşməsə də..." - Putin

img

20-12-2018 [17:31]


"Rusiya ilə Türkiyənin maraqları üst-üstə düşməsə də, Suriya böhranının həll olunması üçün birgə güzəştli məqamlar tapa bilirlər".

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi illik mətbuat konfransında iki ölkə arasındakı münasibətlərlə bağlı sualı cavablandırarkən deyib.

"Məncə, Rusiya ilə Türkiyə arasında istər iqtisadiyyat, istərsə də təhlükəsizlik sahəsində münasibətlərin inkişafından razı qala bilərik. Bəzi məsələlərdə maraqlarımız üst-üstə gəlməsə də, Suriya böhranının həll olunması üçün güzəştli variantlar tapa bilirik. Bu məcrada Türkiyənin, türk xalqının milli maraqlarına hörmətlə yanaşırıq”, - deyən dövlət başçısı Türkiyənin Suriyada böhranın həllini, terrorla mübarizəni, Rusiya ilə münasibətlərin inkişafını dəstəkləyən güzəştlərə getməyə hazır olduğunu qeyd edib.

Rusiya Prezidenti Türkiyənin NATO üzvü kimi müstəqil xarici siyasət yeritdiyinə yüksək dəyər verdiklərini vurğulayıb: "Bu, münasibətlərimizin dayanıqlı və sabit inkişafına şərait yaradır. Bu mənada, Türkiyənin hazırkı Prezidentinin rolu böyükdür”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA