"Rusiya ilə Türkiyə Suriyadakı vəziyyətlə bağlı daim işgüzar təmasdadır" -Zaxarova

img

19-12-2018 [20:57]


 "Rusiya ilə Türkiyə Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı daim işgüzar təmasdadır".

"RİA Novosti" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında bu məsələyə dair müxtəlif səviyyələrdə, o cümlədən xarici işlər nazirləri, xüsusi nümayəndələr, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir: "Təmas saxlamaq deyəndə, sadəcə, diplomatik protokol qaydasına əməl etmək deyil, məhz diplomatlar, hərbçilər, ekspertlər arasında işgüzar təmaslar, nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulur. Bütün bu əlaqələr imkan daxilində mövqelərimizi yaxınlaşdırmaq, problemli məsələlərə dair isə ortaq nöqtələr tapmaq məqsədi daşıyır”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA