Ermənistanın İrandakı səfiri: “Biz İrandan daha çox təbii qaz idxal etmək niyyətindəyik”

img

19-12-2018 [17:58]


"ABŞ-ın Tehranla Yerevan əlaqələrinə dair Ermənistanla apardığı danışıqlardan İranla münasibətimizin bizim üçün çox əhəmiyyətli olduğunu amerikalılar anladılar".

"Report” "News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan "İran-Ermənistan əlaqələri, imkanlar və çağırışlar” adlı görüşdəki çıxışında İslam Respublikası ilə əlaqələrini azaltması üçün Vaşinqtonun Yerevana təzyiqlərindən danışarkən bildirib.

"Ermənistan İrandan daha çox təbii qaz idxal etmək niyyətindədir”, - deyə səfir vurğulayıb.

A.Tumanyan Yerevanın Tehrana elektrik enerjisinin ixracını artırmağa hazır olduğunu bildirib. Səfir yaxın zamanda iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artacağına ümidvar olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında bu istiqamətdə göstərici 200-250 milyon dollardır, ancaq tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA