Moskvadan Amerikanın Türkiyəyə 3.5 milyardlıq "Patriot" satışına ilk reaksiya: "Ankara S-400-lərlə..."

img

19-12-2018 [13:58]


ABŞ-ın Türkiyəyə 3.5 milyard dollarlıq "Patriot" raket sisteminin satılmasına "yaşıl işıq" yanıdrmasına rəsmi Moskvadan ilk reaksya gəlib.

Mia.az xəbər verir ki, bu barədə Kremldən verilən açıqlamada "Türkiyəyə "Patriot"ların satılması S-400-lərin alınmasına təsir edə bilməz. Rusiya Türkiyə ilə müqaviləyə sadiqdir. S-400-lərin satışı bütün hallarda reallaşacaq", - deyə bildirilib.

Rəsmi Moskvadan o da bəyan olunub ki, Türkiyənin S-400-lərlə bağlı məlumatları ABŞ-la bölüşməyəcəyinə əmindirlər: "Biz belə halı düşünmürük".

Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamenti Türkiyəyə "Patriot" raket sisteminin satılacağı haqda xüsusi açıqlama yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA