Rusiya Ermənistana yenidən kredit ayırır: "Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir"

img

18-12-2018 [17:30]


"Moskva və Yerevan hərbi kreditin reallaşdırılması məsələsi üzrə fəal danışıqlar aparır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiyanın 100 milyon dollarlıq kreditinin həyata keçirilməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

Rusiyalı diplomatın məlumatına görə, əməkdaşlıq davam edir, işə Ermənistan və Rusiyanın müvafiq təşkilatları da cəlb edilib: "Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir. Burada müəyyən müəssisələrin kommersiya maraqları da var. Buna şərh verə bilmərəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA