Gürcüstandan Rusiyaya gedən yeganə maşın yolu bağlanıb - 200-dən çox maşın yolda qalıb

img

13-12-2018 [21:39]


Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı - Yuxarı Lars yolu dekabrın 13-də bütün növ avtomobillər üçün bağlanıb.

Bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb.

Məlumatda deyilir ki, hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

Məlumata görə, hazırda yolda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Ukrayna və digər ölkələrə məxsus 200-dən çox yük maşınları, eləcə də minik avtomobilləri dayanıb.

Bundan başqa, Transqafqaz magistralı da (Transkam) bağlanıb. Bu magistrala yaxın dağlarda qar uçqunu ola biləcək əraziləri zərəsizləşdirmək üçün kəşfiyyat xarakterli atəş hazırlığı aparılır/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA