Ayətullah Xamənei: “Amerikalılar hiylə işlədə, 2019-cu ildə İranı qarışdıra bilərlər”

img

12-12-2018 [16:39]


"Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazılayıb”.

"Anadolu” xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.

Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana yönəlik təzyiqlərini artırıb: "ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.

Ağ evin mətbuatda bu ilin əvvəlində "İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamənei deyib: "Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA