“Onu sərbəst buraxın” – ABŞ İrandan vətəndaşını istəyir

img

11-12-2018 [16:25]


ABŞ Dövlət katibi Mayk Pompeo İrandan 2007-ci ildə itkin düşən vətəndaşının sərbəst buraxılmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, Pompeo açıqlamasında Robert Levinsonun ən qısa vaxtda sərbəst buraxılaraq, ABŞ-a göndərilməsinin vacibliyini rəsmi Tehranın diqqətinə çatdırıb.

Qeyd edək ki, İran tərəfi 2007-ci ildə saxladığı Robert Levinsonu Amerika agenti olmaqda ittiham edir. Rəsmi Tehran iddia edir ki, Levinson ABŞ Federal Polis Təşkilatının keçmiş əməkdaşıdır və İrana casusluq məqsədilə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA