08-12-2018 [11:54]
Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvləraçıqlanıb.
Mia.az-ın "Report”a istinadən xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayyət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, Space” televiziya kanalındayayımlanan "Hər gün” verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı "Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər]”, "Tənzimlənməsi” - [Tənzimləmməsi], "Məksədilə”- [Məksədiynən], "İşləri ilə”- [İşləriynən], "Qanlı”- [Qannı], "Abonentlərə”-[Abonentdərə], "Məhdudiyyətlər”- [Məhdudiyyətdər], "Dünyə"[dünya], "Xəbərləriilə” [xəbərrəriynən] və s. kimi səhvlər edir.
"Hava” xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı "Timperatur”- [temperatur], "Təşkil edəcəy”- [təşgil edəcəxʹ], "Sporsorluğiylə”- [Sporsorruğuynan], "İzliyirsiniz”-[izdiyirsiz] və s. kimi səhvlər edir.
"Hər gün” verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı "axşam saatlarında” - [sa:tdarında], "ölümlə” - [ölümnən], "təfərrüatları” - [təfərrüatdarı], "faktla” - [faktnan], "silahlarla” - [silahlarnan], "yaşlı”- [yaşdı], "sonra”-[so:ra], "oyuncağ”-[oyuncax], "Dövlət” [dö:lət], "Yaranmasının” [yarammasının], "Fərqləndiklərinə” [fərkləndixʹlərinə], "bəha:nə imiş” [bəha:nəymiş], "şiddətli” [şiddətdi] və s. kimi səhvlər edir.
"Hər gün” verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı "Logistika”-[lagistika], "Sakinləri”-[sakinnəri], "Valideynlər”-[valideynnər], "Birləşmiş Ştatların”-[ştatdarın], "CNN-Sineen” –[SieNeN], "İş adamları üçün” - [adamlarıyçün], "Pasportlarda”-[pasportdarda], "Qanla”-[qannan], "Bıçağlıyaraq” - [bıçaxlıyarax], "Yatağxanada”-[yataxxanada], "Yanığ”-[yanıx], "Yaşayan”-[yaşıyan], "Təfərrüatları”-[təfərrüatdarı], "Küçəyə”-[küçiyə], "lənkəranlı” [lənkərannı], "mal-qaraya” [mal-qarıya] və s. kimi səhvlər edir.
"Lider” televiziya kanalında yayımlanan "Səda” verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı "Cəbhə boyu” [Cəbhəboyu], "Xa:ci” [xarici], "Mövlüd” [mövlud], "Gündəlikdə” [Gündəlixʹdə], "Ame:ka” [Amerika], "Qa:dının” [qadının], "Atəşkəş” [atəşkəs], "Ya:rış” [yarış] və s. kimi səhvlər edir.
"Səda” verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı "Yeddi” [yetdi], "Anjeʹy Kapişek” [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.
"Səda” verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı "Gərək”[gərəxʹ], "Keşik”[keşixʹ], "Karakısda” [karakasda] və s. kimi səhvlər edir.
"Səda” verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı "gərginlik” [gərginlixʹ], "metıdını” [metodunu], "sinoptikləʹr” [sinopʹtiklər], "tufanın” [tu:fanın ] və s. kimi səhvlər edir.
"ATV” televiziya kanalında yayımlanan "ATV xəbər” verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı "Dövlət” [dö:lət], "Sərəncamıyla” [sərəncamıynan], "Aşəğ” [aşıx], "Şöhrət ordeniilə” [ordeniynən], "Ümumiyyətlə” [ümumiyyətnən], "İlham Əliyevlə” [Əliyevnən], "Onlardan” [onnardan], "Gücləndirilmiş” [güjdəndirilmiş],"Dövlət Agentliyinə” [Agentdiyinə], "Nazirliyinə” [nazirriyinə], "Xəsənovanın” [Həsənovanın ], "İlliy” [illixʹ], "Həsr olunmuş” [olummuş], "Tədbirlər” [tədbirrər], "Hazırlayıb” [hazırrıyıp], "Sonra” [sora], "Bizimlə” [bizimnən], "İzliyə” [izdiyə], "İkigünlük” [ikigünnüxʹ] və s. kimi səhvlər edir.
"ATV xəbər” verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı "Dəstək” [dəstəxʹ], "əməkdaşları” [əməxʹdaşdarı], "qoşunların” [qoşunnarın], "gözlənilir” [gözdənilir], "mərkəzlərin” [mərkəzdərin], "çətinliklər” [çətinnixʹlər], "fatoqraflar” [fotoqraflar] və s. kimi səhvlər edir.
"ATV xəbər” verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı "Xeyirli” [xeyirri], "Yerli” [yerri], "Onlarla” [onnarnan], "Buynuzlu” [buynuzdu], "Kəsməy” [kəsmək], "Gömrük” [Gömrüxʹ], "Güjlü” [güjdü], "Çənəyə” [çəniyə], "Ama” [amma], "Sonra” [so:ra] və s. kimi səhvlər edir.
"İdman” verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı "Oyunlara” [oyunnara], "Kənarlaşdıran” [kənarraşdıran], "Hesabıyla” [hesabıynan], "Bəra:bərliylə” [bəra:bərrixʹnən], "Fənərbaxça” [Fənərbağça], "Azarkeşlərini” [azarkeşdərini] və s. kimi səhvlər edir.
"İTV” televiziya kanalında yayımlanan "Carçı” verilişinin aparıcısı Könül Məmmədova tələffüzü zamanı "Qəzaya” [qəzıya], "Uğrayan” [uğruyan], Tovuz, "Tavuz” [To:uz], "adlarla” [addarnan], "Bu dəyqələrdə” [dəqiqələrdə], "vertual” [virtual] və s. kimi səhvlər edir.
"Carçı” verilişinin aparıcısı Alidə Mustafayeva tələffüzü zamanı "hörmətli” [hörmətdi], "Azərbaycanla” [Azərbaycannan], "əməliyyatlar” [əməliyatdar] və s. kimi səhvlər edir.
"Carçı” verilişinin aparıcısı Röya Bənənyarlı tələffüzü zamanı "yüzlərlə” [yüzdərnən], "yerli” [yerri], "hazırlandığını” [hazırrandığını], "Tehranla” [Tehrannan] və s. kimi səhvlər edir.
"Carçı” verilişinin aparıcısı Nigar Sabirqızı tələffüzü zamanı "etməklə” [etməxʹnən], "Xameneynin" [Xamneyinin], "mümkünlüyünü” [mümkünnüyünü], "günlər” [günnən], "xəstəxanalara” [xəsdəxanalara], "ölümlə” [ölümnən], "çempionlar” [çempiyonnar], "olacaq” [olacax], "ünvanlı” [ünvannı] və s. kimi səhvlər edir.
"Carçı” verilişinin aparıcısı Ramiz İdrisoğlu tələffüzü zamanı "ştatlarına” [ştatdarına], "gərginləşən” [gərginnəşən], "rəhbərliyi” [rəhbərriyi], "növbəti” [nö:bəti] və s. kimi səhvlər edir.
"Carçı” verilişinin aparıcısı Zümrüd Şahova tələffüzü zamanı "Ramiz Əliv” [Əliyev], "görənləri” [görənnəri], "məktəbə” [məxʹtəbə], "müraciət etməklə” [etməxʹnən], "dərslikləri” [dərsdixʹləri], "həyətya:nı” [həyətyanı] və s. kimi səhvlər edir.
"İdman” verilişinin aparıcısı Sevinc Eminzadə tələffüzü zamanı "sonra” [so:ra], "sloqanda” [sloqanda. ], "bağışlamayıblar” [bağışdamıyıplar], "qadınlardan” [qadınnardan], "Bolqarıstanın” [Balqarıstanın] və s. kimi səhvlər edir.
"Xəzər” televiziya kanalında yayımlanan "Xəzər Xəbər” verilişinin aparıcısı Azər Teymurlu tələffüzü zamanı "a:çıx” [açıx], "piyada” [piya:da], "Zaqulğba” [Zuğulba], "Ve:lən” [verilən] və s. kimi səhvlər edir.
"Xəzər Xəbər” verilişinin aparıcısı Günel Qədimova tələffüzü zamanı "Bəsər” Əsəd [Bəşər], "zolaqına” [zolağına], "davasına” [da:vasına] və s. kimi səhvlər edir.
"ARB” televiziya kanalında yayımlanan "ARB Xəbər” verilişinin aparıcısı Vüsalə Camal tələffüzü zamanı "ordğen” [orden], "böyük Ağa” [Böyükağa], "odurki” [odu], "dəyirli” [dəyərli], "sujetimizdə” [süjetimizdə], "ekalagiya” [ekologiya], "tədbirrar” [tədbirrər] və s. kimi səhvlər edir.
"Ölkə xəbər” verilişinin aparıcısı Zülfiyyə Telmanqızı tələffüzü zamanı "xəbərlərin” [xəbərrərin], "sujeti” [süjeti], "müvaffik” [müva:fik], "edır” [edir], "ıstıqamətdərə” [istiqamətdərə], "sərnışın” [sərnişin], "bə:s” [bəs], "mühütü” [mühiti] və s. kimi səhvlər edir.
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq istəyini haqlı hesab edirik
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Masallıda avtomobil yolunun təmirinə vəsait ayrılıb - SƏRƏNCAM
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib
72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək
ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzurda bağçaların sayı 13-ə çatdırılacaq
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA
Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
"Beşiktaş" daha bir oyunçunun müqaviləsinin müddətini uzadıb
İsrail 200 min insanın Qəzzanı tərk etdiyini bildirib
Direktor müavini kanalda boğulub
Azərbaycan nefti bahalaşdı
Türkiyədə mediaya qarşı sensasiyalı əməliyyat: "Habertürk" və "Show TV" kanallarına "əl qoyuldu" (VİDEOLAR)
Ankarada zəlzələ olub - 4,1 bal gücündə
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
Hacıqabulda polis əməliyyatı: saxlanılan var
"Gençlerbirliği" 25 yaşlı cinah hücumçusunu icarəyə götürüb
"Eyüpspor" yarımmüdafiəçi transfer edib
NETANYAHU QƏTƏRİ HƏDƏLƏDİ: "Ya onları təslim edərsiniz, ya da..."
"Beşiktaş" Aymerik Laportu "radar"a alıb
BMT Baş katibi: "Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik"
"Fatih Karagümrük" isveçli oyunçusu transfer edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Yəmənə hücum etdi: 9 nəfər ölüb, 118 nəfər yaralı var
TRAMPDAN DÜNYANI TƏDİRGİN SALAN MÜHARİBƏ MESAJI: "Baxaq, başlayırıq"