Tramp Pompeonu təriflədi, sələfini isə "kütbeyin və tənbəl idi" dedi

img

08-12-2018 [11:19]


Reks Tillersonun dövlət katibi vəzifəsini icra etməsi üçün zehni bacarığı yox idi.

Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində yazaraq keçmiş dövlət katibi R.Tillersonun tənqidlərinə cavab verib.

"Mayk Pompeo yaxşı işləyir, onun sələfi Reks Tillerson lazımi zehni qabiliyyətə malik deyildi. Kütbeyin və tənbəl idi. İndi Dövlət Departamentində ovqat tamamilə fərqlidir", - D.Tramp yazıb.

Qeyd edək ki, bu ilin mart ayında D.Tramp R.Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsindən istefaya göndərib/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA