Ermənistanda parlament seçkilərindən sonra məmurlar kütləvi şəkildə işdən çıxarılacaq

img

06-12-2018 [12:28]


 Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur Yeni il bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq.

"Report” xəbər verir ki, bunu "Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, çoxlu sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib.

"Diaspor, Mədəniyyət, Xarici işlər, İdman və gənclərlə iş üzrə nazirliklərin əməkdaşları artıq işsiz qalacaqları barədə məlumatlandırılıblar”, -deyə yazıda vurğulanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA