"Trampın özü Ərdoğanla görüşdə məsələni açdı, biz problem görmürük..." - Çavuşoğlundan F-35-lərlə bağlı açıqlama

img

05-12-2018 [16:32]


NATO-ya üzv ölkələrin Xarici işlər nazirləri bu gün Brüsseldə toplanıb.

Mia.az xəbər verir ki, toplantıdan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı keçirib.

O, ABŞ-ın Türkiyəyə satacağı F-35 qırıcı təyyarələrin təslim edilməsi ilə bağlı yaranan problemə toxunub.

Jurnalistlərdən birinin "Rusiyadan alacağınız S-400 raketlərinə görə ABŞ-ın F-35-ləri göndərməsi problem olmayacaq ki" sualına nazir belə cavab verib:

"Trampla prezident Ərdoğan bununla bağlı G20-də söhbət edib. Trampın özü söhbəti açdı. Biz heç bir problemin yaşanmasını istəmirik. Düzdür, ABŞ Konqresində bu məsələyə bəzi müdaxilələr oldu. Ancaq Türkiyə ABŞ-ın vacib müttəfiqlərindən, dünyanın önəmli aktyorlarından biridir. F-35-lərin göndərilməsinin ləğvi gündəmdə deyil. Hazırda belə bir problem də görmürük".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA