BMT Baş Assambleyası Fələstini dəstəklədi, İsrail işğalını pislədi - Beş qətnamə qəbul olundu

img

01-12-2018 [11:19]


 BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib.

"Report” TASS-a istinadən xəbər verir ki, illik əsasda təsdiq olunan sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq nizamlanmasına kömək etməyi nəzərdə tutur.

Bütün qətnamələr səs çoxluğu ilə qəbul olunub. Hər bir sənədin qəbluna qarşı çıxan ölkələrin sayı 14-ü keçməyib. Onların əleyhinə səs verən ölkələr arasında ABŞ, İsrail, Kanada və Avstraliyanın adı var.

Baş Assambleya, xüsusilə, "Fələstin probleminin sülh yolu ilə həll olunması" sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçinin Fələstin-İsrail münaqişəsinin ədalətli, davamlı və hərtərəfli şəkildə sülh yolu ilə həllinə nail olmaq və prosesi sürətləndirmək məqsədi ilə Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir.

Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki bütün məskunsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA