"Putinlə vaxtı gələndə görüşəcəyəm" - Trampdan açıqlama

img

01-12-2018 [10:55]


 ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu və iki ölkə başçısı arasında görüşün reallaşacağına əminliyini bildirib.

O, bu barədə cümə günü "Amerikanın səsi" radiosuna müsahibəsində danışıb.

"Putinlə görüşəcəyəm. Düşünürəm ki, bizim çox yaxşı əlaqələrimiz var. Fikrimcə, Rusiya, Çin və digər ölkələrlə çox yaxşı münasibətlərimiz olacaq", - deyə Tramp Rusiya lideri ilə görüş barədə suala cavab verərkən bildirib.

"Düzünü desəm, Ukraynada gəmi və dənizçilərlə bağlı baş verən hadisələr fonunda görüşmək sadəcə uyğun deyil. Mən onunla Putinlə vaxtı gələndə görüşəcəyəm", - deyə Tramp qeyd edib.

Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA