"Prosesə xələl gətirən neqativ halları qeyd etməliyik" - Beynəlxalq müşahidəçilərdən Gürcüstandakı seçkiyə rəy

img

29-11-2018 [16:13]


Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunu müşahidə etmiş beynəlxalq müşahidə missiyası rəyini açıqlayıb.

Müşahidə missiyası ikinci turun yaxşı təşkil edildiyini və rəqabətli olduğunu bildirib.

ATƏT-in xüsusi koordinatoru Kristian Vigenin deyib ki, prezidentliyə namizədlər azad şəkildə seçkiöncəsi kampaniya apara biliblər: "Lakin prosesə xələl gətirən neqativ halları da qeyd etməliyik. Bunlara kəskin ritorika, inzibati resurslardan sui-istifadə, güclü polyarizasiya və digər hallar daxildir”.

Missiya seçkilərin ikinci turunda seçici fəallığının yüksək olmasını müsbət qiymətləndirib, lakin eyni zamanda bunun seçicilərin mümkün qorxudulması hallarına yol verilməsi ilə bağlı şübhələrin gücləndirdiyini qeyd edib.

Beynəlxalq müşahidə missiyasına ATƏT, AŞPA, və Avropa Parlamentinin nümayəndələri daxildir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA