Avropa Komissiyası referendum keçirilməsi təşəbbüsünü rədd edib - "Brexit" üzrə

img

28-11-2018 [18:05]


 Avropa İttifaqı Şurası üzv ölkələrdə Böyük Britaniyanın üzvlükdə qalıb-qalmamasına dair referendum keçirmək təşəbbüsünü dəstəkləməyib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis mətbuat konfransı zamanı bildirib.

"Bu gün Avropa Komissiyası "Avropa vətəndaşlarının Böyük Britaniyanın üzv qalması, yoxsa qalmamasını istəmələrinə dair bütün Aİ ölkələri üzrə referendum” adlı təşəbbüsü qeydiyyata almamaq qərarına gəlib. Avropa Komissiyası bu təşəbbüsün qeydiyyatı üçün şərtlərin yerinə yetirilmədiyi qənaətindədir”, - məlumatda qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA