Putin gərginlikdə Ukraynanı ittiham etdi: "İnsidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”

img

28-11-2018 [16:28]


"Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kerç boğazındakı hadisə ilə bağlı ilk açıqlmasında vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb: "Hətta Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”. 

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA