Ərdoğan Ankara və İzmir "döyüşü"nə sabiq nazirlərlə gedir - Seçki

img

27-11-2018 [14:12]


Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) Ankara Böyükşəhər Bələdiyyəsi sədrliyinə Mehmet Özhasekinin namizədliyi irəli sürülüb.

"CNNTurk” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında açıqlayıb.

Mehmet Özhaseki AKP sədrinin müavini və keçmiş nazirdir.

O, AKP-nin İzmir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd isə Nihat Zeybekçi irəli sürdüklərini deyib. Nihat Zeybekçi 2011-ci ildən millət vəkili seçilib. 2013-2015 və 2016-2018-ci illərdə iqtisadiyyat naziri olub.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, 81 əyalətdən 60-nın bələdiyyə sədrliklərinə namizədlərin adları məlumdur. O, qalan 21 əyalət üzrə namizədlərin adlarını Cənubi Amerikaya səfərdən qayıtdıqdan sonra açıqlayacaq.

Xatırladaq ki, 2019-cu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Bu il noyabrın 30-dan dekabrın 1-dək Argentinada "G-20”liyin zirvə toplantısı baş tutacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA