"Gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb" - DİN statistikanı açıqladı

img

27-11-2018 [09:49]


Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları haqqında statistik məlumatları açıqlayıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, noyabrın 26-da ölkədə 95 cinayət faktı qeydə alınıb, onların da 9-u "isti izlər”lə açılıb:

"Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb". 


Digər xəbərlər
SON XƏBƏRLƏR