Şadlıq evi və süd emalı sexinin sahibi haqda protokol tərtib olunub - Polis və ETSN-dən birgə reyd

img

28-11-2018 [12:24]


 Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə noyabrın 26-da Beyləqan rayonu ərazisində reyd keçiriblər.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, rayonun İmamverdilər kəndi ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi faktına görə orada fəaliyyət göstərən şadlıq evi və süd emalı sexinin sahibi T.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib: "Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd emalı sexindən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün laboratoriyaya təhvil verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR