Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı - Qalmaqal

img

26-11-2018 [18:48]


Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinski Kerç boğazındakı hadisə ilə bağlı Rusiya XİN-ə çağırılıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, ukraynalı diplomat jurnalistlərin suallarını cavablandırmayıb.

Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu dəvətə Ukrayna tərəfinin təcavüzkar və təxribatçı hərəkətlərinin səbəb olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukrayna tərəfi noyabrın 25-də Kerç boğazında üç hərbi gəmilərinin Rusiya gəmiləri tərəfindən atəşə tutulduğunu, 6 ukraynalı hərbçinin yaralandığını, bunun hərbi təcavüz aktı olduğunu bildirib. Rusiya tərəfi isə Ukrayna gəmilərinin ərazi sularını pozduğuna görə Qara dənizdə saxlanıldığını, bunun üçün silah tətbiq etdiklərini iddia edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA