Avropa İttifaqı tərkibində qalan dövlətlər "Brexit" sazişini təsdiq ediblər

img

25-11-2018 [17:34]


Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma layihələrini ("Brexit") təsdiq ediblər.

Bunu öz "Twitter" mikrobloqunda Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk yazıb.

"Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Aİ və Birləşmiş Krallığın gələcək münasibətlərinə dair ayrılma və siyasi bəyannamə haqqında sazişi təsdiq ediblər", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Donald Tusk Avropa İttifaqı ilə Böyük Britaniya arasında siyasi bəyannamənin razılaşdırıldığını demişdi/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA