Gürcüstandakı prezident seçkiləri ilə bağlı Azərbaycanda üç seçki məntəqəsi açılacaq

img

22-11-2018 [12:09]


Gürcüstanda noyabrın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda üç seçki məntəqəsi yaradılacaq.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

4, 5 və 6 saylı seçki məntəqələri Gürcüstanın Azərbaycandakı səfirliyində açılacaq. Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-dan axşam 24:00-a qədər fəaliyyət göstərəcək.

Bildirilib ki, Azərbaycanda 7700 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır. Gürcüstan MSK ölkə xaricində ümumilikdə, 58 seçki məntəqəsi yaradacaq.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedəcək. Gürcüstanın yeni prezidenti sonuncu dəfə birbaşa səsvermə yolu ilə 6 il müddətinə seçiləcək/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA