Ermənistan ordusunun zabitləri cəzalandırılıb

img

17-11-2018 [15:55]


 Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın əmri ilə 4 hərbçinin ölümü ilə bağlı 4 zabit tutduğu vəzifədən və hərbi xidmətdən azad olunub.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sözügedən məlumatı bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "facebook” səhifəsində yazıb.

Bildirilib ki, daha iki bölmə komandiri və bir hərbi hissənin keçmiş komandirinə xəbərdarlıq edilib. Ermənistan ordusunun texniki hissələri üzrə keçmiş rəis müavininə və texniki məsələlər üzrə rəisə ciddi xəbərdarlıq elan olunub.

"Xatırladaq ki, bu cəzalar heç kimi cinayət məsuliyyətindən xilas etmir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-də avtomobil qəza nəticəsində Ermənistan ordusunun 4 hərbçisi ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA