"Bizim kəşfiyyat jurnalistin qətli ilə bağlı səs yazısını dinləyib..." - Baş nazirdən bəyanat

img

12-11-2018 [15:57]


"Mən deyil, ancaq Kanada kəşfiyyatı Camal Xaşuqcinin qətli ilə bağlı səs yazısını dinləyib".

Strateq.az xarici mətbuata istinadən bildirir ki, bu sözləri Kanadanın Baş naziri Jastin Trüdo deyib.

O bildirib ki, Kanada kəşfiyyatı jurnalistin qətli ilə bağlı səs yazısını dinlədikdən sonra onu məlumatlandırıblar: "Kanada kəşfiyyatı bu cinayətlə bağlı Türkiyə kəşfiyyatı ilə çox yaxın işləyir. Kanada Türkiyənin əlindəki informasiyalarla bağlı məlumatlandırılıb. Bir neçə həftə əvvəl Ərdoğanla danışdım. Parisdə də qısa söhbətimiz oldu. Ona Xaşuqci məsələsində verdiyi geniş və güclü izahlara görə təşəkkür elədim".

Baş nazir deyib ki, jurnalistin qətli ilə bağlı ortaq fikirə sahib müttəfiqləri ilə birlikdə Səudiyyə Ərəbistanına qarşı birgə hərəkət edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA