"Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammit keçirə bilər" - Çavuşoğlu açıqladı

img

10-11-2018 [13:35]


"Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli sammit keçirə bilər".

Bunu Türkiyənin xarici işlər naziriMövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı bəyan edib.

Onun sözlərinə görə, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana gözlənilən səfəri zamanı keçirilə bilər.

Türkiyə XİN başçısıhəmçinin İpək Yolunun canlandırılması məsələsində üç ölkənin rolunu qeyd edib: "Tarixi İpək Yolunun bərpası məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük öhdəliklər düşür. Bununla əlaqədar, bu üç ölkə ən əsas oyunçulardır".

O deyib ki, dəmir yolu və avtomobil yolu bağlantılarını qurmaq lazımdır:"Digər tərəfdən, enerji təhlükəsizliyinə nail olmaq üçün Türkmənistan qazının TANAP layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılması imkanları qiymətləndirilməli, Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi layihəsinin reallaşdırılması məsələsinə baxılmalıdır".

report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA