ABŞ Konqresinə və Senata seçki başladı - 100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir

img

06-11-2018 [15:01]


ABŞ-da aralıq seçkiləri başlayıb.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, ilk seçki məntəqələri Vermont ştatında açılıb.

Aralıq seçkilərində Konqresin nümayəndələr palatasının tam heyəti, Senatın da üçdə biri seçiləcək. Hazırda hər iki palatada üstünlük Respublikaçılar Partiyasına məxsusdur. Belə ki, aşağı palatada 193 demokrata qarşı 236 nəfər respublikaçı var, daha altı yer isə boşdur.

Beləliklə, Demokratlar Partiyası üstünlük qazanmaq üçün daha 23 mandat əldə etməlidir.

Budəfəki seçkilərdə rekord sayda - 100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA