"Sanksiya məsələsində bir qədər daha yavaş getmək istəyirəm..." - Trampdan İranla bağlı daha bir açıqlama

img

06-11-2018 [11:15]


"Sanksiya məsələsində bir qədər daha yavaş getmək istəyirəm. Dünyada neftin qiymətinin artmasını istəmirəm".

Bu barədə ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyalar barədə danışarkən bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo isə Tvitterdə ərəbcə açıqlama yayaraq 40 ildir İran xalqının aclıqdan, korrupsiyadan əziyyət çəkdiyini bildirib: "İran rejiminin iddialarının əksinə olaraq sanksiyalar qida, kənd təsərrüfatı məhsulları və tibbi ləvazimatlara şamil edilmir".

Qeyd edək ki, noybrın 5-də İrana qarşı bərpa edilən sanksiyalar enerji, maliyyə, gəmiçilik sektorlarını əhatə edir/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA