Paşinyan istəyinə çatdı: KTMT baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib - Bəyanat

img

02-11-2018 [17:01]


Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının baş katibi vəzifəsindən azad edilib.

Bu barədə KTMK Katibliyinin bəyanatında deyilir.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının nümayəndəsi Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması proseduru müəyyən edilmiş qaydada başa çatıb", - bəyanatda bildirilir.

KTMT baş katibinin vəzifələrinin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova həvalə edilib.

Xatırladaq ki, iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Y.Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana konstitusiya quruluşunun devirilməsi üzrə ittiham irəli sürülüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA