Putindən iddialı bəyanat: "Gələcəkdə Rusiyanın səsi ləyaqət və inamla eşidiləcək"

img

01-11-2018 [19:37]


"Gələcəkdə Rusiyanın səsi ləyaqət və inamla eşidiləcək. Bunu ölkə öz tarixi ilə müəyyən edib".

Bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya rus xalq toplantısında çıxışı zamanı bildirib

"Mən şübhə etmirəm ki, gələcəkdə dünyada Rusiyanın səsi ləyaqət və inamla eşidiləcək. Bunu ölkə öz tarixi, daxili mənəvi mədəniyyəti, özünüdərki ilə müəyyən edib", - Putin deyib.

Putin çıxışı zamanı ХIХ əsrin məşhur rus mütəfəkkiri Nikolay Danilevskinin sözlərini də xatırladıb: "Heç bir sivilizasiya inkişafın ən yüksək səviyyəsində olduğu ilə öyünə bilməz".

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA