"Saakaşvili gələn ilin may ayında Ukraynaya qayıdacaq" - Ali Radanın deputatı

img

29-10-2018 [16:51]


Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili gələn ilin may ayında Ukraynaya qayıdacaq.

"RİA Novosti" xəbər verir ki, bu barədə onun silahdaşı, Ali Radanın deputatı, Yeni Qüvvələr Hərəkatı Partiyasının üzvü Yuri Derevyanko bildirib.

"Saakaşvili 2019-cu ilin may ayında, prezident seçkilərindən sonra Ukraynaya qayıdacaq. Parlament seçkilərinə qədər o, ölkənin siyasi həyatında aktiv iştirakçı olacaq", - Y.Derevyanko deyib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayının sonlarında Petro Poroşenko Saakaşvilinin Ukrayna vətəndaşlığının ləğvi barədə fərman imzalayıb. Ukrayna hökuməti onu Polşaya göndərib, payızda isə Saakaşvili sərhədçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının yaratdığı kordonu dəf edərək qanunsuz yolla Ukrayna ərazisinə daxil olub. Ukraynanın Sərhəd Xidməti Saakaşviliyə 2021-ci ilə qədər ölkəyə daxil olmağı qadağan edib.

M.Saakaşvili avqust ayında Prezident Petro Poroşenkonun vəzifədən getməsindən sonra Ukraynaya qayıdacağını elan edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA