"500-dək şikayət var" - Gürcüstanda seçkinin yekun nəticələri nə vaxt açıqlanacaq?

img

29-10-2018 [14:08]


Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrinə noyabrın 17-dək yekun vuracaq.

"Report” 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə MSK-nın mətbuat katibi Anna Mikeladze deyib.

Onun sözlərinə görə, indiyədək Dairə Seçki Komissiyalarına 500-dək şikayət daxil olub.

"Şikayətlərin əksəriyyəti prosedur nöqsanları ilə bağlıdır, əsas tələb komissiya üzvlərinin intizam məsuliyyətinə cəlb etmək barədədir. Bununla belə, ayrı-ayrı şikayətlərdə başqa tələblər də irəli sürülür ki, bununla bağlı müvafiq tədbirlər görüləcək”, – MSK rəsmisi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA