ABŞ-da telekanalda atışma olub - Bir nəfər yaralanıb

img

23-10-2018 [10:11]


ABŞ-ın paytaxtı Vaşinqtonda "Fox-5" telekanalında atışma olub.

"The Washington Post" xəbər verir ki, buna səbəb binaya icazəsiz daxil olma cəhdi olub.

Hadisə zamanı bir nəfər yaralanıb. Həmin şəxsin kişi olduğu bildirilir. Onun səhhəti barədə məlumat verilmir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. 

Xatırladaq ki, bir neçə gün əvvəl də ABŞ-da atışma olub. Hadisə Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində baş verib. Mərasimdə iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA