“Azərbaycan hər zaman Türkiyənin yanında olub” - Ərdoğan

img

19-10-2018 [15:04]


"6.5 milyardlıq investisiya cəlb olunan "STAR" neft emalı zavodunun ölkəmiz və xalqlarımız üçün xeyirli olmasını diləyirəm”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir. Bu böyük yatırımın ölkəmizə qazandırılmasında əməyi keçən hər kəsi təbrik edirəm”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmir şəhərində "STAR" neft emalı zavodunun açılışı olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA