ABŞ Ermənistana maliyyə yardımını artıracaq - Siyasi islahatlar üçün

img

10-10-2018 [12:25]


ABŞ gələn il Ermənistana göstərilən xarici yardımın həcmini artırmaq niyyətindədir.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Son dövrdə ABŞ Ermənistana ölkədə siyasi islahatlar həyata keçirmək üçün əlavə olaraq 14 milyon ABŞ dolları məbləğində yardım göstərib. Gələn il ABŞ hökuməti Ermənistana 26 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır. Bu isə əvvəlcədən açıqlanan məbləğdən 20 milyon çoxdur”, – ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, vəsaitlər Ermənistanın mövcud siyasi prosesləri ilə bağlı prioritet layihələrin həyata keçirilməsinə, habelə vətəndaş cəmiyyəti və müstəqil KİV-in inkişafına yönəldiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA