09-10-2018 [13:17]
Söz və mətbuat azadlığı hər bir ölkədə inkişafın, demokratik idarəçiliyin ən ümdə şərtlərindən biri olmaqla yanaşı, həm də o ölkələrin siyasi rəhbərliyinə və cəmiyyətinə güclü təsir və təzyiq mexanizmlərinin yaradılması imkanı deməkdir.
Bu səbəbdən, hazırda özünü "demokratiyanın keşikçisi” sayan Qərb dünyası maraq dairələrindəki ölkələrdə, ilk növbədə, söz və mətbuat azadlığının durumuna baxar, daha çox bu istiqamətdə möhkəmlənməyə çalışarlar.
Müasir Qərb dünyasının özünə əsas təhlükə qaynağı gördüyü iki ölkəni – Rusiya və İranı bir-birinə bağlayan, eləcə də Avropanı Mərkəzi Asiyaya qovuşduran əsas dəhliz funksiyasını yerinə yetirən Azərbaycan da ABŞ və Avropanın bütün parametrlər üzrə möhkəmlənməyə çalışdığı ölkələr sırasında yer alıb.
Uzun illər ABŞ və Avropa Azərbaycanda möhkəmlənmək strategiyasında yerli hakimiyyətə qarşı "demokratik təsisatlar” adı altındakı ənənəvi işlək təzyiq mexanizmlərindən - siyasi partiya və QHT-lərdən istifadə etməyə çalışıb. Ancaq hakimiyyət Qərb təsirindəki bu təsisatları - təzyiq alətlərini mərhələ-mərhələ sıradan çıxarmağa müvəffəq olduğundan, indi əsas diqqət Azərbaycan iqtidarı üçün əlçatan olmayan yerlərdəki siyasi fəaliyyətlərin, təşkilatlanmaların dəstəklənməsinə verilib. Bu sırada da ön yeri ən yeni media – internet üzərindən yayılan televiziyalar, sosial şəbəkələr, saytlar tutur.
Təsadüfi deyil ki, son illər beynəlxalq təşkilatların Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizlə bağlı rəsmi və qeyri-rəsmi şəkildə əsas maliyyə ayırdıqları layihələrin əksəriyyəti yeni media resurslarının yaradılması və dəstəklənməsi ilə bağlıdır. İndi Qərb, faktiki olaraq, Azərbaycandan kənarda Azərbaycan hakimiyyəti ilə virtual savaş aparacaq azərbaycanlı mühacirlərdən ibarət bir ordu formalaşdırmaqda və ölkənin daxili ictimai rəyinə də onların vasitəsilə nüfuz etməyə çalışmaqdadır.
Son vaxtlar əməkdaşlarının adı müntəzəm olaraq yerli hüquq-mühafizə orqanları ilə qarşıdurmada hallandırılan "Meydan.TV” də, əslində, Qərbin Azərbaycan hakimiyyətinə qarşı formalaşdırdığı təzyiq mexanizmləri şəbəkəsində yer almış "çətir təsisat”lardandır.
Media çətiri altında gizlədilmiş bu təsisat maddi və siyasi baxımdan birmənalı şəkildə xaricdən asılıdır – 2013-cü ildə Demokratiyaya Dəstək Fondunun 300 min dollarlıq qrant layihəsi kimi fəaliyyətə başlasa da, Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədəki açıq etirazlarından sonra maliyyə mənbələri gizlədilib. Guya, hazırda ianələr hesabına maliyyələşir və hətta hansısa sıxıntılarının olduğu deyilir. Ancaq faktlar başqa şey göstərir.
"Meydan.TV”nin əsasən müxalif düşüncəli jurnalistlərdən formalaşdırılmış Bakı bürosu dəfələrlə aşkar şəkildə siyasi proseslərə müdaxilə etdiyindən, istintaqa cəlb olunublar və bu səbəbdən 2014-cü ilin dekabrında onlar fəaliyyətlərini rəsmi şəkildə dayandırdıqlarını elan ediblər. Ancaq qəribədir ki, bəyanatın əksinə olaraq, Bakı ofisi bağlanmayıb, faktiki olaraq, qeyri-leqal fəaliyyətə keçib: 5 ildir ki, Bakı şəhərində ofis kirayələnib, əməkdaşlar Gürcüstan və Avropa ölkələrindən nəğd şəkildə gətirilməklə yüksək məbləğdə əməkhaqqı və qonorar alırlar, heç bir dövlət qurumunda media qurumu kimi qeydiyyatdan keçmədən və akkreditasiya olunmadan əksər, xüsusən də müxalif mövqeli tədbirlərdə öz loqoları ilə iştirak edirlər, hakimiyyət əleyhinə olan fakt və hadisələrin işıqlandırılmasında xüsusi fəallıq nümayiş etdirirlər və s...
İşin maraqlı və həm də bu resursun xaricə bağlantılı olduğunu sübuta yetirən detallardan daha biri də budur ki, əgər əvvəllər tanınmış imza sahiblərinin "Meydan.TV”-yə cəlbinə çalışılırdısa, son vaxtlar Avropa donorlarından maliyyələşən başqa bir layihənin - Zərdüşt Əlizadənin Bakı Jurnalistika Məktəbinin gənc yetirmələrinə üstünlük verilir və Azadlıq radiosu ilə yanaşı, "Meydan.TV” də, faktiki, onların təcrübə bazasına çevrilib. Səbəb də odur ki, 3 aylıq kurslarda yazmaq, çəkmək, montaj emək və yaymaq vərdişlərinə yiyələnmiş gənc jurnalistlər həm də sırf onların öz "kadr bankı” kimi çıxış etsinlər.
Məlumatlı şəxslərin iddialarına görə, "Meydan. TV”-nin missiyası təkcə ölkənin sosial-iqtisadi, siyasi, insan haqları sahəsində yerli medianın yaza, işıqlandıra bilmədiyi problemləri işıqlandırmaqdan ibarət deyil, həm də, bir növ, cəmiyyəti siyasi hakimiyyətin üzərinə getməyə stimullaşdırmağa, təhrik etməyə yönləndirməkdən ibarətdir. Bu media qurumunun jurnalistlərinin bilərəkdən qalmaqallı, xüsusən də hakimiyyət üçün hədsiz dərəcədə həssas və qapalı sayılacaq mövzulara üstünlük verməsi, həmçinin dərhal konfliktli situasiyalarda peyda olaraq çəkiliş aparmaları və bir növ, "qaşınmayan yerdən qan çıxarmağa” çalışmaları səbəbsiz deyil və bu davranışların məhz xaricdəki müəyyən dairələrə əlverişli siyasi zəmin yaratmaq məqsədiylə edildiyi düşüncəsi var. Beynəlxalq təşkilatların son illərdəki hesabatlarında Azərbaycan hakimiyyətinin tənqid edildiyi bir çox hadisələrdə birbaşa və dolayısıyla "Meydan.TV”-nin iştirakıyla yaradılan "problemlərin” ön yer tutması, bu baxımdan, təsadüfi deyil.
Bu media resursu ilə bağlı daha bir maraqlı detal "Meydan.TV” rəhbərliyinin və əməkdaşlarının Azərbaycanda Qərb xəttində olduğunu rəsmən elan etmiş siyasi və ictimi təşkilatlarla eyni mövqeni tutması, daha çox siyasi təşkilat funksiyasında çıxış etməsidir. Bu, qurumun rəhbəri Emin Millinin ReAL partiyasının sədri İlqar Məmmədov və Azadlıq radiosunun sabiq yazarı Xədicə İsmayılla yaxın dostluq, birgə əməkdaşlıq münasibətləriylə izah edilsə də, bəzi iddialara görə, bu "üçlüyün” timsalında Qərb Azərbaycanda yeni müxalif gücün təməllərini formlaşdırmaqla məşğuldur. 28 mayda Respublika Günüylə bağlı ReAl, Xədicə İsmayıl və Meyan.TV-nin aktiv təşkilatçılığıyla icazəsiz aksiyaya cəhd göstərilməsi bu ittifaqın ilk birgə "əl işi” və "güc nümayişi” sayılmaqla yanaşı, onların hər üçünün hakimiyyətə, müxalif Milli Şuraya və islamçı təşkilatlara münasibətdə eyni cinahdan çıxış etməsi də xüsusilə diqqət çəkir...
İranın din və siyasət adamlarında Qərb dünyasının bu ölkədə demokratiya çğırışlarını "Böyük Şeytanın növbəti hiyləsi” adlandırmaq dəb halını alıb və onlar bunu "Şeytan xoşniyyətli ola bilməz” arqumentiylə izah edirlər. "Meydan.TV”-nin ötən 5 il ərzindəki davranışlarını, kritik situasiyalardakı mövqelərini izlədikcə, onların Azərbaycanda da "Maydan” hərəkatını başlatmaq istəyində olanların əlinə necə oynadıqlarını görməyə və İran siyasətçilərinə də haqq qazandırmaya bilmirsən: doğrudan da, "Şeytan xoşniyyətli ola bilməz”!.
Mia.az
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq