ABŞ Rusiyanın daha 12 şirkətinə qarşı sanksiya tətbiq etdi – SİYAHI

img

25-09-2018 [23:17]


ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin federal reyestrinin saytında məlumat verilib.

Müvafiq sənəd sentyabrın 26-da rəsmi şəkildə nəşr olunacaq.

Xəbərdə qeyd edilib ki, "qara siyahı"ya "Aerokompozit", "Dayvtexnoserviz", "Gamma" Elmi və İstehsalat Müəssisəsi, "Vektor" Elmi Tədqiqat İnstitutu, "Nilco Group", "Texnologiya" Araşdırma və İstehsalat Müəssisəsi (Obninsk),  "Okeanos", "Infotex", "Aviadiviqatel", "İnfoteks", "Syrus Systems", "Vega" Elmi Tədqiqat İnstitutu (Voronej) və digərləri salınıb. 

Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın milli borcuna qarşı ABŞ sanksiyalarının tətbiq edilməsini gözləmədiklərini bəyan edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA