Ərdoğan BMT tribunasından səsləndi: "Niyə ancaq 5 ölkə olmalıdır?"

img

25-09-2018 [20:33]


Türkiyə prezidenti Ərdoğan bu gün BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib.

Mia.az xəbər verir ki, Afrika ölkələrində, həmçinin Fələstində baş verən insan ölümlərindən danışıb.

Bildirib ki, bu bölgələrdə baş verən qətliamlar BMT TŞ-nin gözlərin önündə yaşanır: "Bütün dünya  arxasını çevrisə də, biz Türkiyə olaraq, məzlum fələstinlilərin yanında olacağıq. Çox təəssüf ki, BMT kimi bir təşkilatın adı belə vəziyyətlərdə bacarıqsız xatırlanır. Buna görə BMT-də islahat olmalıdır. Dünya 5-dən böyükdür. Artıq dünya 2-ci dünya müharibəsindəki kimi deyil. Niyə 194 ölkənin hamısının daimi üzv olması mümkün olmasın? Niyə ancaq 5 ölkə olmalıdır?".

Ərdoğan qeyd edib ki, dünyanın gələcəyi üçün BMT təhlükəsizlik və sosial sahələr üzrə təsir dərəcəsini artırmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA