Vasif Talıbovun yeznəsi ilə Fuad Ələsgərovun yaxını general oldu - sərəncam

img

01-07-2013 [07:29]


Prezident İlham Əliyev növbəti sərəncam imzalayıb. Mia.az-ın xəbərinə görə, İlham Əliyev bu dəfə Daxili İşlər Nazirliyinin üç vəzifəli şəxsinə polis general-mayoru ali rütbəsi verib. Sərəncama görə, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Bağırov Səhlab Aloş oğlu, Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini Novruzov Səbuhi Məhərrəm oğlu və İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi Təhməzov Mehman Vəli oğlu general-mayor olublar. Mia.az xəbər verir ki, S.Bağırov nazir Ramil Usubovun ən sadiq adamlarından sayılır. S.Novruzov isə Naxçıvan MR Alı Məclisinin sədri Vasif Talıbovun bacısın həyat yoldaşıdır. Mehman Təhməzovun isə mərhum spiker Murtuz Ələsgərovun yetişdirdiyi kadr olmaqla bərabər, onun Prezident Administrasiyasında işləyən oğlu Fuad Ələsgərovun himayəsində olduğu bildirilir. Hətta bir ara onun Bakı şəhər Baş Polis İdarəsinin rəisi, daha sonra isə daxili işlər naziri təyin ediləcəyi haqda cəmiyyətdə xəbərlər də dolaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR