"Beşiktaş" Vilfred Ndidini transfer etmək istəyir

img

04-08-2025 [21:38]


"Beşiktaş" yarımmüdafiə xəttini gücləndirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ağ-qara" komanda “Lester Siti”nin futbolçusu Vilfred Ndidi ilə razıla.maq üzrədir.

Məlumata görə, "Beşiktaş" rəhbərliyinin nigeriyalı futbolçunu Türkiyəyə dəvət etdiyi bildirilir. Vilfred Ndidinin tezliklə İstanbulda olacağı gözlənilir.

28 yaşlı oyunçu 2017-ci ilin yanvarından "Lester Siti"də çıxış edir. Ndidi İngiltərə klubunda 303 oyuna çıxıb, 18 qol vurub və 22 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA