Yeni rəislər vəzifədən azad olundular

img

04-08-2025 [14:55]


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.

Onlar naməlum səbəblərdən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ili mart ayında sözügedən vəzifəyə təyin olunmuşdular.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA