İranda zəlzələ baş verib - 5,4 bal gücündə 

img

05-08-2025 [09:47]


Bu gün İranın cənubunda yerləşən Kirman əyalətində zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, episentri Kirman əyalətinin Zehkelut şəhəri olan 5,4 bal gücündə zəlzələ yerli vaxtla səhər saat 8:36-da qeydə alınıb.

Zəlzələ 28 kilometr dərinlikdə baş verib, insan tələfatı olmayıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA