Sumqayıt zəhər prokurorunun sabiq köməkçisi baz prokurordan nə istəyir? - Məhkəmə iddiası

img

24-06-2013 [12:35]


Azərbaycanın Baş Prokurorluğuna qarşı Sumqayıt şəhər prokuroru Dağlar Zeynalovun sabiq köməkçisi tərəfindən iddia qaldırılıb. Bu barədə mia.az-a daxil olan məlumata görə, Baş Prokurorluğa qarşı iddia irəli sürən Sumqayıt Şəhər Prokurorluğunun sabiq əməkdaşı Məmmədxan Nəhmət oğlu Əzizxanlıdır. O, Baş Prokurorluqdan hələ də ödənilməyən müavinətlərinin və yardımların verilməsini tələb edir: ?Ancaq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə Məmmədxan Əzizxanlının tələbini təmin etməyib. Onun üçün də, Dağlar Zeynalovun sabiq köməkçisi, 1-ci dərəcəli ədliyyə müşaviri birinci məhkəmə instansiyasının qərarından apellyasiya şikayəti verib?. Məlumata görə, bir neçə gün əvvəl Məmmədxan Əzizxanlının şikayətinə Bakı Apellyasiya Məhkəməsində də baxılıb: ?Sabiq köməkçinin şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin sədrliyi ilə araşdırılıb. Hakim iyunun 18-də qərarını açıqlayıb. O, birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlamaqla, şikayəti əsassız sayıb?. Məlumatda Dağlar Zeynalovun sabiq köməkçisinin Ali Məhkəməyə şikayət edəcəyi də iddia olunur. Bu və ya digər məqamlarla bağlı M.Əzizxanlı ilə danışmaq mümkün olmayıb. Hər iki tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Onu da qeyd edək ki, M.Əzizxanlının bir neçə ay əvvəl pensiya yaşı ilə bağlı işdən azad olunduğu da bildirilir. F.ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA