Nənə və babasını amansızlıqla qətlə yetirən nəvə və dostlarının məhkəməsi bazladı

img

14-06-2013 [02:40]


2011-ci ilin iyul ayında paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsi, ev 62, mənzil 16 ünvanında yaşayan 76 yaşlı Əkbərov Cabbar Cəfər oğlu və onun həyat yoldaşı, 78 yaşlı Əkbərova Tellər Cəfər qızını amansızlıqla qətlə yetirən şəxslərin doğma nəvəsi Əkbərov Ramil Surxay oğlunun başçılıq etdiyi 3 nəfərdən ibarət dəstənin məhkəməsi başlayır. Bu barədə mia.az-a daxil olan məlumata görə, doğma nənə və babasının qətlə yetirməkdə Ramilə dostları Ağayev Rahib Bəxtiyar oğlu və Əliyev Vüqar Əbülfəz oğlu yaxından köməklik göstərib və hər üç şəxs haqda Bakı Ağır Cinayətlər Məhkəməsində ağır hökm verilib: ?Adıçəkilənlər Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7, 120.2.5, 120.2.11, 177.3.1, 177.3.2, 181.3.1, 181.3.2, 181.3.3 maddələri ilə cəzalandırılıb. Təkcə dəstənin digər üzvü Əliyev Elşad Fərman oğluna 177.3.1, 177.3.2 və 315.1-ci maddələri ilə ittiham irəli sürülüb. Hazırda adıçəkilənlər birinci məhkəmə instansiyasının hökmündən verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə icraata qəbul olunub. Hakim iş üzrə iyunun 20-də şikayətlə bağlı məhkəmə baxışı keçirəcək?. Xatırladaq ki, qətl hadisəsi günü hər üç şəxs Nərimanov parkında görüşüb. Söhbət zamanı Rahib və Vüqar ayrı-ayrı şəxslərə borcu olan Ramilə hər nə yolla olur olsun, kömək edəcəklərini bildiriblər. Bir qədər götür-qoydan sonra isə Ramilin təklifi ilə dostlar çıxış yolunu Əkbərovun nənə və babasını qətlə yetirərək onların evini qarət etməkdə görürlər. Buna qədər isə Ramil dostlarını nənəsinin evində 30 min manatın olması barədə məlumatlandırır. Danışıqlara görə, Ramil dostlarını evə aparandan sonra onları nənəsi Tellər və babası Cabbara təqdim edib. Əvvəldən isə plan belə qurulub ki, Rahib nənəni, Vüqar isə babanı qətlə yetirsin. Qeyd edək ki, Əkbərovların mənzilində Rahib vəzifəsinin öhdəsindən gəlsə də, Vüqar ona tapşırılan işi sona qədər yerinə yetirə bilməyib. Otağa daxil olarkən babanın sağ olduğunu görən Rahib onu da özü qətlə yetirmək qərarına gəlir. Bir maraqlı məqamı da qeyd edək ki, nənə və babasının qətlə yetirilmə səhnəsini nəvə Ramil Əkbərov soyuqqanlılıqla mənzilin hamam otağından izləyirmiş. Hər iki şəxsi qətlə yetirməkdə əsas rollardan birini oynayan Rahib Ağayev isə müsahibə boyu hadisənin təfərrüatlarını gülə-gülə, sanki heç bir şey olmayıbmış kimi danışırdı. ?Gəldim göz elədim ki, hazırdı. Sən başla! Dedi ki, qaqaş ürəyim gəlmir. Dedim necə ürəyin gəlmir? Ürəyin gəlmirdisə, mənə də deyərdin, mənim də ürəyim gəlməzdi. Aldım bıçağı bir, iki bu da getdi?, - deyə gülə-gülə saxlanılan Rahib Ağayev bildirib. Nənə və babasının qətlini təşkil edən Ramil Əkbərov isə hadisənin baş verməsində utanmadan özünə haqq qazandırmağa çalışıb: ?Sıxıntıdaydım, pula ehtiyacım var idi. Bir-iki saatın içində alındı bu söhbət. Bir az çox vaxtım olsaydı, razı olmazdım?. Hadisədən sonra mənzili ələk-vələk edən Ramil və dostları oradan vəd edildiyi kimi 30 min yox, cəmisi 5700 manat pul tapa bilib. Pulların 4000 manatı Ramil Əkbərova çatıb, qalan məbləğ isə Vüqar və Rahib arasında bölünüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA