Azərbaycan idmançılarına silahlı hücum: 10 idmançı öldürüldü; Səfirlik açıqlama yaydı

img

23-06-2013 [11:55]


Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə ekspedisiyada olan alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb olub. Hadisə dünən axşam saat 22:00-da baş verib. Tam dəqiqləşdirilməmiş məlumatda bildirilir ki, hücum nəticəsində 10 nəfər ölüb. Mia.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı Pakistandan telefon bağlantısında Bakuinfo.Az-ın əməkdaşına faktı təsdiqləyib: "Əsas qrup alpinistlər hücum zamanı 6100 metr hündürlükdə idilər. Həmin anda dağlarda olan Azərbaycan, Rusiya, Polşa, Türkiyə, İran, Gürcüstan və Latliyalı idmançılar xəsarət almayıb. Hal-hazırda baza düşərgəsi ərazisinə qoşun dəstələri gəlib. Bütün ekspedisiya qrupları hazırda eniş həyata keçirdirlər. Ekspedisiyanın dayandırılması haqqında qərar qəbul olunub". Qeyd edək ki, 3 iyun 2013-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq milli komanda ilə Himalay ekspedisiyasına start verilmişdi. Alpinizm üzrə Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşmüşdülər. Komandamızın məqsədi Nanqa Parbat zirvəsini(8125 m.) fəth etmək olub (Buna qədər idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində altı dəfə Himalaya yürüşlər ediblər). Milli komandamıza Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı, federasiyanın üzvləri İsmayıl Əsgərov və Rüfət Qocayev daxildir. Komandamız Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etməyi planlaşdırmışdılar. Ekspedisiya Heydər Əliyevin 90 illiyinə həsr olunub. Paralel olaraq idmançılarımızla yanaşı, Ukrayna, Rusiya, Polşa, Gürcüstan komandaları da Nanqa Parbata ekspedisiya ediblər. *** ?Azərbaycanlı alpinistlər tam təhlükəsiz yerdədirlər. Onlar hadisə baş verən yerdən xeyli aralıdadırlar. Ona görə də narahatlıq üçün əsas yoxdur?. Bu barədə Lent.a-a açıqlamasında Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bildirib. Səfirin dediyinə görə, azərbaycanlı alpinistlərdə peyk telefonu var. ?Səfərə çıxmazdan əvvəl mən alpinistlərimizlə görüşmüşdüm, onlara uğurlar arzulamışdım. Onlara demişdim ki, hər hansı problemləri, hansısa təhlükə olacağı təqdirdə səfirliyə məlumat versinlər. Hücum zamanı bizimkilər hadisə yerindən xeyli uzaqda olublar. Şükür ki, salamatdılar. Və mənə məlumat verildi ki, hazırda təhlükəsiz yerdədirlər?. Qeyd edək ki, Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə ekspedisiyada olan alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb olub. On nəfərin öldüyü deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA