Bakıda avtomobilə 4 nəfər basqın etdi; Vətəndazın pulu oğurlandı, polis susur

img

04-06-2013 [06:45]


Bakıda Puşkin və Dilarə Əliyeva küçələrinin kəsişməsində paytaxt sakini Ramin Macanov idarə etdiyi avtomobildə 4 nəfərin basqınına məruz qalıb, soyulsa da, polis hələ də basqınçıların nəinki həbsini, heç şəxsiyyətlərini də müəyyənləşdirməyib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edilib. Zəngdən sonra hadisə yerinə polis əməkdaşları gəlib. Amma bu günədək hadisə ilə bağlı heç bir yenilik yoxdur. Şikayətçinin mia.az-a və daxili işlər naziri Ramil Usubova ünvanladığı məktubu olduğu kimi təqdim edirik: ?Yazib sizə bildirmək istəyirəm ki, may ayının 4-də saat 19:45 radələrində mənim 90-RM-434 dövlət nömrə nişanlı maşınıma 4 nəfər şəxs basqın etdilər. Onlar maşınımdan 70 manat pul və sənədləri götürərək, hadisə yerindən uzaqlaşdılar. Bu barədə mən 102 xidmətinə müraciət etdim. Polis əməkdaşları gəlib, maşına baxış kecirəndən sonra məni Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə apardılar. Mən hadisəni olduğu kimi polis əməkdaşına danışdım, lakin 15 günə yaxın zaman keçdikdən sonra bölməyə çağırıb ?artıq sənin isinə istintaq şöbəsi baxmalıdı? deyildi. Dəfələrlə 102 xidmətinə müraciət etdim, bildirdim ki, bu məsələ nəməlum səbəbdən uzadılır. Sizdən xahş edirəm ki, Puşkin və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən kameralardakı görüntüləri incələyin. Saat 19:45 - 23:00 radələrinə qədər görüntülər izlənilsə, əminəm ki, hər şey aydınlaşacaq. Lakin nədənsə bunu etmək istəmirlər. Odur ki, cənab nazir Ramil Usubova üz tutub, kömək istəyirəm?. Məsələ ilə bağlı DİN-nin mövqeyini də yaya bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA