Azərbaycanda hərbi təlim poliqonunda partlayız

img

27-05-2013 [11:45]


5;da təlim poliqonunda partlayış baş verib. APA-nın məlumatına görə, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb. Poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin yaralanması faktını təsdiqləyib. Qeyd edək ki, V. Həsənli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA